“Fiorentina”nın baş məşqçisində koronavirus aşkarlanıb

“Fiorentina”nın baş məşqçisi Cüzeppe Yakinidə koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin prezidenti Rokko Kommisso yerli mətbuata açıqlamasında məlumat verib.

Daha əvvəl bu barədə məlumatının olmadığını deyən klub prezidenti baş məşqçiyə hər cür dəstəyin göstərildiyini də bildirib.

Qeyd edək ki, “Fiorentina”ın daha öncə üç futbolçusu və idman direktorunda koronavirus aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə