“Tottenham” Hari Keyni satmaq istəmir

“Tottenhem” klubu əsas qol silahı sayılan Hari Keyni “Mançester Yunayted”ə və ya İngiltərə çempionatındakı digər rəqibinə satmaq istəmir.

SİA-nın məlumatına görə, daha əvvəl London təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar maliyyə problemləri səbəbindən onu 200 milyon funt sterlinqə (225 milyon avro) satmağa hazır olduğu bildirilmişdi. Üstəlik, klubun yeni stadion tikintisinə ödəniş öhdəlikləri də var.

Bu transfer baş tutsa, dünya futbolunda yeni rekord müəyyənləşəcək. Hazırkı rekord 2017-ci ildə İspaniyanın “Barselona” klubundan Fransanın “Paris Sen-Jermen” komandasına 222 milyon avroya keçən Neymara məxsusdur.

Qeyd edək ki, Harri Keyn 2011-ci ildən “Tottenhem”in oyunçusudur. O, iki dəfə İngiltərə Premyer Liqasının və 2018-ci il dünya çempionatının bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...