UEFA Türkiyənin "Başakşəhər" klubunu cərimələyib

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.

SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə