UEFA prezidentindən "bioloji bomba" açıqlaması

UEFA prezidenti Aleksandr Çeferin Avropada koronavirusun yayılmasının qaynağının Çempionlar Liqasının 1/8 finalının “Atalanta” - “Valensiya” görüşü olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Atalanta" - "Valensiya" matçının "bioloji bomba" təsiri yaratdığını düşünmürəm. 19 fevralda Lombardiyanın pandemiyanın mərkəzi olacağını kim bilirdi? Bu vəziyyətin bu qədər irəliləyəcəyini kim təxmin edərdi? Qərarları bir gündə vermirik. İtaliyalı nümayəndələrdən soruşduq və onlar oyunla bağlı heç bir problem olmadığını söylədilər. Sərhədlər açıq idi. Burada məsuliyyət yerli təşkilatçılarda idi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...