Fiorentina"nın futbolçusu Duşan Vlahoviç koronavirusa yoluxub

Fiorentina"nın futbolçusu Duşan Vlahoviç koronavirusa yoluxub
Fiorentina"nın futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda serbiyalı hücumçu evindədir. "Fiorentina" Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb. Daha əvvəl İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin, "Yuventus"dan isə Daniele Ruqaninin koronavirusa yoluxduqları açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə