İngiltərədə bütün futbol matçları dayandırılıb

İngiltərədə bütün futbol matçları dayandırılıb

İngiltərədə bütün futbol matçları koronavirus səbəbindən aprelin 4-dək təxirə salınıb.

SİA-nın məlumatına görə, Premyer Liqa rəhbərliyi bu gün Premyer Liqa klublarının rəsmiləri ilə təcili görüşdən sonra matçların dayandırılmasını qərara alıb.

Elita ilə yanaşı, kubok oyunları, həmçinin İngiltərə millisinin matçları da təxirə salınıb.

Qərara əsasən, ölkədə bütün futbol görüşləri aprelin 4-dək keçirilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə