AFFA rəhbərliyi veteranlarla görüşüb

Bu gün Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri - Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər.

Əvvəlcə ötən dövrdə dünyasını dəyişən veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan O.Abdullayev görüşün əhəmiyyətindən bəhs edib. Daha sonra Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyinin veteran futbolçulara daim qayğı və həssaslıqla yanaşdığını, bundan sonra da onların problemlərinin həlli istiqamətində çalışacaqlarını bildirib.

Daha sonra İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Kazbek Tuayev və Vaqif Sadıqov çıxış ediblər. Veteran futbolçular onları qayğılandıran məsələlərdən bəhs edib, təkliflərini bildiriblər. Görüşdə veteran futbolçuların statusu ilə bağlı əsasnamənin hazırlanması məsələsi də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...