Kasilyas prezidentlik iddiasını rəsmiləşdirdi

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağını təsdiqləyib. Bu barədə ispan qolkiper sosial şəbəkələrdəki hesabında yazıb. 38 yaşlı qapıçı bu qərarının "Portu" rəhbərliyinə bildirdiyini də vurğulayıb. Beləliklə, İ.Kasilyas seçkilərdə hazırkı prezident Luis Rubialesə rəqib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə