Badminton üzrə millimiz Avropa çempionatında yarışıb

Badminton üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub. SİA-nın məlumatına görə, 5-ci qrupda yer alan yığma son turda Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, komanda qrup mərhələsində İslandiyaya 2:3, Almaniyaya isə 0:5 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə