Dani Alveşin avtomobili oğurlanıb

“San Paulo”nun futbolçusu Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib. Braziliya mətbuatının yazdığına görə, 36 yaşlı futbolçunun avtomobili oğurlanıb. Hadisə San-Paulo şəhərinin Pineyros bölgəsində baş verib. Avtomobilini dayanacaqda saxlayan Alveş, geri qayıdarkən maşının yerində olmadığını görüb. Məsələ ilə bağlı araşdırma aparan yerli polis, oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə