Cüdoçularımızın Qran-Pri turnirindəki yarışları davam edir

İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran-Pri turnirində daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, təmsilçilərimiz Rüfət İsmayılov (90 kq) Serbiya cüdoçusu Boşko Borinoviç, Aslan Mirzəyev (100 kq) Mikita Svirid (Belarus), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) almaniyalı Sven Heynle ilə ilk döyüşlərini keçirəcəklər.

Qeyd edək ki, ötən iki yarış gününü cüdoçularımız medalsız başa vurublar.

Yarışa 90-a yaxın ölkədən 500-dən çox cüdoçu qatılıb. Qran-Pri turnirinə bu gün yekun vurulacaq.

Xatırladaq ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə