Şahmatçılarımız “Masters” turnirinin VI turunda mübarizə aparacaqlar

Yanvarın 24-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso, Günay Məmmədzadə hindistanlı Krişnan Sasikiran ilə mübarizə aparacaqlar. Üç turdan sonra V.Durarbəyli maksimum xalla ikinci pillədə qərarlaşıb. Komandamızın digər üzvləri Ş.Məmmədyarov 2,5, G.Məmmədzadə isə 2 xal toplayıblar.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

Bütün xəbərlər Facebook səhifəmizdə