Danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı Olimpiya Stadionunda təlim-məşq toplanışında olan elit-kateqoriya, 1-ci kateqoriya və inkişaf qrupunun futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. SİA-nın məlumatına görə, UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verib.

Seminar zamanı iştirakçılara son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən prezentasiya təqdim edilib. Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S.Səlimli hakimlərin suallarını cavablandırıb, O bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Bütün xəbərlər Facebook səhifəmizdə