İdmançılarımız qurşaq güləşi üzrə beynəlxalq turnirdə yarışıblar

İdmançılarımız qurşaq güləşi üzrə beynəlxalq turnirdə yarışıblar

Azərbaycan idmançıları İranın Qolestan vilayətinin Qombed şəhərində keçirilən qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. SİA-nın məlumatına görə, İran, Əfqanıstan, Türkmənistan və Azərbaycandan 100-ə yaxın idmançının iştirak etdiyi turnirdə Camal Feyziyev (100 kiloqramdan yuxarı) gümüş, Cavid Mustafayev isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ölkəmizi turnirdə 5 idmançı, 1 məşqçi və bir hakim təmsil edib. Komandamız yarışa Samir Abdullayevin rəhbərliyi altında qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə