“Qəbələ” Rusiya təmsilçisini darmadağın edib

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb.

Qarşılaşma "Qəbələ"nin üstünlüyü şəraitində keçirib. Azərbaycan təmsilçisi bu oyunda rəqibini darmadağın edib.

Qeyd edək ki, “Qəbələ” yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də isə “Dunav” ilə qarşılaşacaq. Macarıstanın MTK klubuna qarşı keçirilən ilk oyunda isə 0:3 hesablı məğlubiyyətlə başa çatmışdı.

Yoxlama oyunu
18 yanvar

"Qəbələ" – "Çayka" (Rusiya) 3:0
Qol: İvitsa Juniç, 6. Rövlan Muradov, 35. Ülvi İsgəndərov, 51.
Antalya, “Titanik” meydançaları.

Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Giqauri.

Bütün xəbərlər Facebook səhifəmizdə