“Atletiko” Edinson Kavanini transfer etməkdə israrlıdır. SİA-nın məlumatına görə, “Marca”nın məlumatında deyilir ki, madridlilər 32 yaşlı uruqvaylı hücumçuya görə PSJ-yə 10 milyon avro təklif edir. Amma parislilər 30 milyon avro istətir. Təbii ki, yayda PSJ ilə müqavilə müddəti başa çatacaq oyunçu üçün bu qədər pul xərcləmək sərfəli deyil. Uruqvaylı hücumçunun özü də “Atletiko”ya keçməkdə maraqlıdır.

Kavaninin adının “Monako” ilə oyunda iştirak ərizəsinə daxil edilməməsini də vurğulayaq.

Bütün xəbərlər Facebook səhifəmizdə