"Sərhədçi" Kikboksing klubunun uğuru: - 7 idmançi və 7 medal - FOTOLAR
Azərbaycan Respublikasının Kikboksinq Federasiyasının "Sərhədçi" Kikboksing klubunun rəhbəri, Əməkdar məşqçi, əməkdar idman ustası, dünya çempionu Fuad Zeynalovun yetirmələri bu il ərzində böyük uğurlar qazaniblar. SİA-ya verilən məlumata görə, klubun yetirmələri dünya, Avropa çempionatı və kuboklarında böyük nailiyyətlərə nail olublar.
Buna misal olaraq ilin yekununda, 13-16 dekabr tarixlərində Ukraynada keçirilən WİZARD-OPEN adlı turnirə qatılıblar. Ənənəvi olarag hər il WİZARD-OPEN turnirində AKF-nın "Sərhədçi" komandası F.Zeynalovun rəhbərliyi altında iştirak edib. Bu il də 7 idmançı ilə yarışlara qatılaraq güclü olduqlarını bir daha sübut ediblər.
7 idmançının qatıldığı yarışlarda 7 medal qazanılıb. "Sərhədçi"-nin döyüşçüləri 3 qızıl, 2 gümüş və 2 bürünc medalla yarışı başa vurublar, iki final döyüşü Qala gecəsinə salınıb və hər ikisi qazanılıb.
"Sərhədçi" Kikboksing komandasının bütün uğurlarında onlar AKF-nin Prezidenti Adil Əliyevə və "Sərhədçi" Klubunun prezidenti Cavid Ismayılova təşəkkürlərini bildirərək məhz onların dəstəyi nəticəsində bu yarışlarda iştirak edib Azərbaycanın üçrəngli bayrağını dalğalandirdiqlarinı bildiriblər.
Qızıl medal: Elcan Alıkişiyev 81 kg (böyüklər), Elşad Şahbazov 71 kg (böyüklər), Elməddin Baxşəliyev 67kg (böyüklər).
Gümüş medal: Vüsal Kazımov 54 kg (böyüklər), Zöhrab Əsədov 28 kg (11-13 yaş),
Bürünc medal: Məgsəd Haciyev 60 kg (böyüklər), Nihad Hüseynov 45 kg (13-15 yaş).










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB