Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq

Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq
"Fiorentina"nın futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. SİA klubun saytına istinadən xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin A seriyasının 14-cü turunda "Leççe" ilə matçda (0:1) ayağında zədə almasıdır. Almaniyada əməliyyat olunan 36 yaşlı oyunçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək. Qeyd edək ki, Riberi bu mövsüm ölkə çempionatında 11 matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə