Poqbadan yeni xəbər: Zədəsi sağalır

"Mançester Yunayted"in zədəli futbolçusu Pol Poqbanın bərpa müddəti sürətlə davam edir. Britaniya mətbuatının yazdığına görə, fransalı yarımmüdafiəçinin ayağından artıq gips çıxarılıb. Onun İngiltərə Premyer Liqasında dekabrın 7-i keçiriləcək "Mançester Siti"yə qarşı matça kimi hazır olacağı gözlənilir. Qeyd edək ki, Poqba avqustun 31-də, ölkə çempionatının 4-cü turunda “Sauthempton”la oyunda (1:1) zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə