Azərbaycanın pencak-silat millisi Dünya Döyüş Oyunlarında iştirak edəcək
2020-ci il martın 6-8-də ABŞ-da məşhur idmançı Arnold Şvartsenegger şərəfini 44-cü Dünya Döyüş Oyunları keçiriləcək. Pencak-silat idman növü mötəbər turnirdə debüt edəcək. SİA-nın məlumatına görə, turnirdə pencak-silatla yanaşı, cüdo, taekvondo, karate, sambo, uşu, kunq-fu və digər döyüş növləri üzrə yarışlar təşkil olunacaq.
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yığma komandamızın üzvlərinin mötəbər yarışa qatılacaqlarını deyib.
Bildirib ki, Azərbaycanın pencak-silatçıları dünyada ciddi rəqib kimi qəbul olunurlar. Millimizin üzvləri arasında Avropa və dünya çempionatlarının qalib və mükafatçıları var. Ümid edirəm ki, idmançılarımız ABŞ-da təşkil olunacaq Dünya Döyüş Oyunlarında da uğurla çıxış edib, qazandıqları medallarla xalqımızı sevindirəcəklər.
A.Hünbətov qeyd edib ki, artıq yarışa hazırlıqla bağlı müəyyən planlar üzərində işləyirik. İlin sonunadək pencak-silatçılarımızı ciddi sınaqlar gözləyir. Ümumilikdə cari ili idmançılarımız üçün uğurlu hesab etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB