Bu futbolçu 17 yaşında "Ginnesin rekordlar kitabı"na düşdü

Bu futbolçu 17 yaşında "Ginnesin rekordlar kitabı"na düşdü

"Mançester Siti"nin futbolçusu Fil Foden "Ginnesin rekordlar kitabı"na düşüb. Britaniya mətbuatının yazdığına görə, yarımmüdafiəçi ən gənc Premyer Liqa çempionu olması ilə fərqlənib. O, iki il əvvəl - 17 yaşında "şəhərlilər"in heyətində 2017-2018-ci illər mövsümünün qalibi olub. Qeyd edək ki, Fil Foden bu mövsüm "Mançester Siti"nin heyətində cəmi 2 matça çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə