Cüdoçumuz “Böyük dəbilqə”də yarışacaq

Cüdoçumuz “Böyük dəbilqə”də yarışacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. SİA-nın məlumatına görə, yarışın birinci günündə cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda onun rəqibi italiyalı Manuel Lombardo olacaq.

Azərbaycan 100-dək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə