Qətərin paytaxtı Dohada Beynəlxalq Atletika Federasiyasının (BAF) 52-ci hesabat-seçki konqresi keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə konqresdə iştirak ediblər.
Konqres çərçivəsində keçirilən səsvermədə Sebastian Co yenidən BAF-ın prezidenti seçilib. Ümumilikdə səsvermədə iştirak edən 203 üzvün hamısı onun lehinə səs verib.
S.Co BAF-ın yeni seçilən ilk qadın vitse-prezidenti Ximena Restreponu təbrik edib.
Konqresdə, həmçinin İcraiyyə Komitəsinə 13 nəfər yeni üzv də seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB