Azərbaycanlı futbolçu Albaniyada debüt etdi

Albaniya çempionatında 2019/20 mövsümünə start verilib. SİA xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" də ilk matçına çıxıb. Səfərdə "Teuta" ilə qarşılaşan komanda 0:1 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan Turabov Superliqada debüt edib. 22 yaşlı müdafiəçi 56-cı dəqiqədə əvəzlənib. Qeyd edək ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə