Dünya və Avropa çempionlarından ibarət Ukrayna yığması Mingəçevirdə

Dünya və Avropa çempionlarından ibarət Ukrayna yığması Mingəçevirdə
2010-cu il oktyabrın 14-də Mingəçevir şəhərində istifadəyə verilmiş "Kür" Olimpiya Təlim-Tədris Mərkəzinə daha bir ölkənin avarçəkənləri təlim-məşq toplantısına gəlib. Siasport.az saytı xəbər verir ki, Ukraynanın akademik avarçəkmə üzrə qadınlardan ibarət milli komandası dünya standartlarına cavab verən möhtəşəm idman qurğusunda hazırlıq prosesi başlayıb. Toplanışda məşqçilər Vladimir Morozov və Yuri Rodionovun rəhbərliyi altında 5 titullu idmançı iştirak edir. Onlardan Anastasiya Kojenkova və Yana Dementyeva 2009-cu ildə dünya, 2010-cu ildə isə Avropa çempionu olublar. Eyni zamanda, Tatyana Kolesnikova dünya, Katerina Tarasenko ilə Yelena Buryak Avropa çempionluğu əldə ediblər. Hazırlıq prosesi martın 8-dək davam edəcək. Qeyd edək ki, hazırda Rusiyanın müxtəlif şəhərlərinin 20-dən çox kişi akademik avarçəkənləri də Mingəçevirdə təlim-məşq toplantısındadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə