Azərbaycanlı hakim Çempionlar Liqasında

Azərbaycanlı hakim Çempionlar Liqasında

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb. AFFA-nın saytında yer alan xəbərə görə, o, Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) cavab matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, sözügedən görüş avqustun 13-də, Avstriyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə