Millimizin hücumçusu İngiltərə klubunda!

Millimizin hücumçusu İngiltərə klubunda!

Futbol üzrə milli komandamızın hücumçusu Renat Dadaşovun İngiltərənin "Vulverhempton" klubuna keçidi rəsmiləşib. İngiltərə klubunun rəsmi saytında yer alan xəbərə görə, 20 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb. Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Eştoril"dən transfer etdiyi R.Dadaşovu daha sonra derhal Portuqaliyanın digər klubu "Pakoş de Ferreyra"ya bir mövsümlük icarəyə verib.

Artıq "Pakoş de Ferreyra" da Renatla müqavilə imzalandığını rəsmi saytı vasitəsi ilə açıqlayıb. Qeyd edək ki, Renat Dadaşov ötən il "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə