Mariya Stadnik Avropa oyunlarının ikiqat qalibidir

- Yenilənib
Mariya Stadnik Avropa oyunlarının ikiqat qalibidir

Azərbaycan sərbəst güləşçimiz Mariya Stadnik Minskdə keçıirilən Avropa oyunların Azərbaycana daha bir qızıl medal qazandırıb.

SİA xəbər verir ki, təmsilçimiz 50 kq çəki dərəcəsinin final görüşündə Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşmada 7:1 hesabı ilə qalib gəlməklə II Avropa oyunlarının da qalibi olub.

Qeyd edək ki, Stadnik 4 il əvvəl Bakıda keçirilmiş I Avropa oyunlarının da qızıl medalına yiyələnmişdi.

Bu qızıl medaldan sonra Azərbaycanın II Avropa Oyunlarının medal sıralamasında 10-cu sıraya yüksəlib. Ölkəmizin hesabında 18 medal (3 qızıl, 5 gümüş, 10 bürünc) var.

Bütün xəbərlər Facebook səhifəmizdə