Qadın cüdoçumuz Panamerika kubokunda mübarizə aparacaq

İyunun 15-16-da Ekvadorun paytaxtı Kitoda keçiriləcək cüdo üzrə açıq Panamerika kuboku yarışlarında Azərbaycan idmançısı da mübarizə aparacaq. SİA-nın məlumatına görə, cüdoçumuz Leyla Əliyeva (48 kq) yarışda gücünü sınayacaq.

Yarışda 19 ölkədən 98 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, idmançımız ötən həftə Rumıniyada keçirilmiş açıq Avropa kuboku yarışlarında bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə