Şakiri: "Klopp üçün Çempionlar Liqasını qazanmaq istəyirik"

"Liverpul"un futbolçusu Cerdan Şakiri Çempionlar Liqasının final oyunu öncəsi açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 27 yaşlı isveçrəli yarımmüdafiəçi baş məşçi Yurqen Klop haqqda da danışıb. O, məhz almaniyalı mütəxəssis üçün qələbə qazanmaq istədiklərini bildirib:

"Klop hər zaman rahat bir insandır. Məşqdən əvvəl və sonra həmişə əylənirik. O, pozitiv biridir. Bizim üçün hər şey edər. Biz də onun üçün hər şeyi edərik. Onun üçün Çempionlar Liqasının qalibi olmaq istəyirik".

Xatırladaq ki, "qırmızılar" finalda "Totenhem"in qonağı olacaq. Sabah keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə