Gimnastlarımız Xorvatiyada iki medal qazanıblar

Gimnastlarımız Xorvatiyada iki medal qazanıblar

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarında idmançılarımız 2 medal qazanıblar.

SİA-nın məlumatına görə, komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 xalla turnirin bürünc medalına layiq görülüb.

Yarışın sonuncu günündə millimizin üzvü Nikita Simonov öz sevimli aləti - halqalarda qızıl medal qazanıb. İyirmi səkkiz ölkədən idmançıların mübarizə apardığı turnirdə gimnastımızın çıxışı 14.500 xalla dəyərləndirilib və təmsilçimiz fəxri kürsünün ilk pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə