Caka: “Bakıda və Londonda oynamağımızdan asılı olmayaraq qələbə qazanmaq əsas hədəfimizdir"
"Bakıya tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq".
SİA xəbər verir ki, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının finalında sabah Bakı Olimpiya Stadionunda "Çelsi" ilə keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. İsveçrəli futbolçu London klubunun erməni futbolçusu Henrix Mxitaryanın paytaxtımıza gəlməməsinə münasibət bildirərkən bunları deyib:
"Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. Gəlin, futbol haqda danışaq. Bizim əsas məqsədimiz qələbə qazanmaqdır. Emerinin böyük təcrübəsi var. Onun təcrübəsindən istifadə etməklə qalib gəlmək və onu məmnun etmək isrəyirik".
Caka Çempionlar Liqasına vəsiqə üçün finalda qalib gəlməyin vacibliyini də vurğulayıb: " Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Amma düşünürəm ki, ÇL-də oynamalıyıq. Qələbə bu şansı bizə verəcək yeganə yoldur və ondan maksimum istifadə etmək istəyirik. Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda və Londonda oynamağımızdan asılı olmayaraq qələbə qazanmaq əsas hədəfimizdir".
Qeyd edək ki, sabah keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB