"Ayntraxt" azarkeşləri biletlərini azərbaycanlı uşaqlara bağışlayıblar
Almaniyanın "Ayntraxt" klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib. SİA-nın məlumatına görə, Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi"yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub. "DW Sports" nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut "Twitter" hesabında 100 "Ayntraxt" azarkeşinin biletlərini Azərbaycanda yaşayan uşaqlara bağışladığını yazıb.
Qeyd edək ki, Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB