"Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir"

"Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir"

Avroliqanın final oyununun məhz Bakıda keçirilməsi təəccüblü deyil. Çünki Bakı 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil edib, Formula 1 Qran-Prisinin ev sahibidir. Bu sözləri “Irish Daily Star” qəzetinin idman üzrə aparıcı yazarı Kiran Kaninqham özünün “Twitter” səhifəsində qeyd edib.

İrlandiyalı jurnalist bildirib ki, bundan əlavə Bakı 2020-ci ildə keçiriləcək Avropa çempionatının dörddəbir final mərhələsi olmaqla, ümumilikdə dörd oyuna da ev sahibliyi edəcək. “Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir”, - deyə K.Kaninqham fikrini tamamlayıb.

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə