Alina Kabayeva ana olub

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva ana olub. Rusiyanın Dom2Life.ru saytının yaydığı xəbərə görə, mayın 7-si səhər saat 10-da o, əkiz oğlan uşaqları dünyaya gətirib. Bildirilib ki, Moskvadakı klinikalardan birində doğuş edən 36 yaşlı Kabayeva 4-cü mərtəbədəki VİP-palatada qalıb. Bu mərtəbədə qalan bütün xəstələr həmin günlərdə digər mərtəbələrdəki başqa otaqlara köçürülüb.

4-cü mərtəbəni bir çox mühafizəçi qoruyub, kənar şəxslərin ora daxil olmasına icazə verilməyib. Kabayeva üçün yeməklər Moskvadakı elit restoranlardan gətirilib. Əkizlərin adları və atalarının kimliyi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə