"Lester"in hücumçusu ulduz futbolçuları qabaqladı

"Lester"in hücumçusu ulduz futbolçuları qabaqladı

"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilib. Liqanın saytında yer alan məlmata görə, 32 yaşlı oyunçu səsvermədə Eden Hazard ("Çelsi"), Emerik Laport ("Mançester Siti"), Cordan Henderson, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Şeyn Lonq ("Sauthempton"), Kris Vud ("Bernli") və Ayose Peresi ("Nyukasl") qabaqlayıb.

Qeyd edək ki, C.Vardi ötən ay 4 matçda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə