Bu gün 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində növbəti yürüşlər keçiriləcək. SİA-nın məlumatın görə,yürüşlərdən öncə saat 10:20-dən 10:50-dək Formula 2 pilotlarının paradı təşkil olunacaq. Saat 12:00-dan 13:05-dək isə Formula 2 üzrə birinci yarış baş tutacaq. Daha sonra Formula 1 üzrə üçüncü sərbəst yürüşə start veriləcək. Bu yürüş saat 14:00-dan 15:00-dək davam edəcək. Bu günün son yürüşündə Formula 1-in sıralama turu baş tutacaq. Bir saat davam edəcək tur saat 17:00-18:00 aralığında keçiriləcək.
Bu gün həmçinin pilotların avtoqraf sessiyaları da olacaq. Serxio Peres, Lens Stroll ("Racing Point", saat 11:20 - 11:40), Kimi Raykkonen, Antonio Covinatsi ("Alfa Romeo", saat 12:00 - 12:20), Lüis Hemilton və Valtteri Bottas ("Mercedes",saat 12:20 - 12:40) azarkeşlərlə görüşəcəklər.
Axşam saat 21:00-da isə məşhur britaniyalı müğənni Cessi Ceyin konserti təşkil olunacaq. Konsert “Kristal Zal”da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB