Həftənin ən yaxşı qolunun müəllifi kimdir?

Aprelin 18-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərində vurulan ən yaxşı qolun müəllifi adına namizədlər açıqlanıb. SİA qurumun saytına istinadla xəbər verir ki, namizədlər arasında braziliyalı Filip Koutinyo (“Barselona”, İspaniya), argentinalı Lionel Messi (“Baraelona”), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və braziliyalı Roberto Firmino (“Liverpul”, İngiltərə) yer alıblar.

Həftənin ən yaxşı qolunun müəllifi UEFA-nın saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə