"Real" Qaret Beyl ilə bağlı yeni qərar verib

İspaniyanın "Real" klubu İngiltərə təmsilçiləri - "Mançester Yunayted"lə "Tottenhem"İn yaxından maraqlandığı Qaret Beyllə bağlı yeni qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid klubu uelsi futbolçu üçün azı 130 milyon avro tələb edir. "Kral klubu" Beyli "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbayla da dəyişdirməyə müsbət yanaşır. Lakin "qırmızı şeytanlar"ın buna necə yanaşacağı məlum deyil.

Qeyd edək ki, 29 yaşlı cinah futbolçusu bu mövsüm 39 oyuna 14 qol vurub, 5 qol ötürməsi verib. Poqba isə 41 oyuna 16 qol və 11 qol ötürməsi ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə