İspaniyanın “Real” futbol klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsi üçün 500 milyon avro vəsait ayırıb. İspaniya KİV-lərinin yazdığına görə, Madrid təmsilçisi yay transferi pəncərəsində Pol Poqba (“Mançester Yunayted”), Kilyan Mbappe (“Paris Sen-Jermen), Nqole Kante və Eden Hazardı ("Çelsi") transfer etmək istəyir.
Madrid “Real”ının yeni baş məşqçisi Zinəddin Zidan bu futbolçuların transferini komandanın qarşısına məqsəd qoyub. Qeyd edək ki, Madrid təmsilçisi fransalı hücumçu Kilyan Mbappeyə 280 milyon avroluq təklif göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB