"Selta"nın yeni baş məşqçisi müəyyənləşib

"Selta"nın yeni baş məşqçisi müəyyənləşib

"Selta" yeni baş məşqçisinin adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi postuna Fran Eskriba gətirilib. İspaniyalı mütəxəssis istefaya göndərilən portuqaliyalı Migel Kardozunu əvəzləyib. Eskriba karyerası ərzində bir sıra klublarda assisent kimi çalışıb. O,2016/17 mövsümünddə "Vilyareal"ın baş məşqçisi olub.

"Selta" hazırda turnir cədvəlində təhlükəli zonaya yaxındır. Komanda 26 turdan sonra 25 xalla 17-ci yeri tutur. "Selta" son 10 matçın 8-də məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə