"Mançester Yunayted" İvan Rakitiçi transfer etmək istəyir

"Mançester Yunayted" İvan Rakitiçi transfer etmək istəyir

"Barselona"nın futbolçusu İvan Rakitiçə daha bir klubdan təklif var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "İnter" və PSJ-nin transfer etmək istədiyi xorvat futbolçu "Mançester Yunayted"in də hədəfindədir. İngiltərə klubu artıq transferi reallaşdırmaq üçün hərəkətə keçib.

"Barselona" Rakitiçi 2014-cü ildə "Sevilya"dan 18 milyona alıb. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub.

Futbolçunun özünün də "Barselona"dan getmək istədiyi deyilir.

Onu da qeyd edək ki, Rakitiçin çıxış etdiyi Xorvatiya millisi "AVRO-2020"nin seçmə mərhələsində yığmamızın rəqiblərindəndir. Komandalar martın 21-də Bakıda, oktyabrın 13-də Zaqrebdə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə