"Yuventus" 4 ildə bir matça çıxan qapıçısını 20 milyona satdı

"Yuventus" 4 ildə bir matça çıxan qapıçısını 20 milyona satdı

"Yuventus" İtaliya futbolunda ən ağlasığmaz transferini həyata keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “qoca senyora” heyətdə olduğu 4 il ərzində cəmi bir matça çıxan qapıçısı Emil Auderonu "Sampdoriya"ya 20 milyon avroya satıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/2018 mövsümündə icarə əsasında "Venesia"da forma geyinib. O, bu klubda çıxdığı 32 oyunda qapısında 25 qol görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə