Peşəkar Tennis Assosiasiyası (ATP) yeni reytinq siyahısını açıqlayıb. Siyahıya 10 min 955 xalla serbiyalı Novak Cokoviç başcılıq edir. İspaniyalı Rafael Nadal ikinci (8320), alman Aleksandr Zverev isə bir pillə irəliləyərək üçüncü yerdə qərarlaşıb (6475). İlk onluğun üçüncü pilləsində qərarlaşan isveçrəli Rojer Federer yeni reytinqdə altıncı yerə geriləyib.
Digər pillələrdə müvafiq olaraq, Xuan Martin del Potro (Argentina, 5060), Kevin Anderson (Cənubi Afrika Respublikası, 4845), Rojer Federer (İsveçrə, 4600), Kei Nişikori (Yaponiya, 4100), Dominik Tim (Avstriya, 3960), Con İsner (ABŞ, 3155) və Marin Çiliç (Xorvatiya, 3140) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB