Dünya çempionu: “Nə qədər gücümüz var, Azərbaycanın uğruları üçün çalışacağıq” - AÇIQLAMA - ÖZƏL

Dünya çempionu: “Nə qədər gücümüz var, Azərbaycanın uğruları üçün çalışacağıq” - AÇIQLAMA - ÖZƏL

“Bu gün Azərbaycanda gənclər üçün hər cür şərait yaradılıb, onlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir”. Bunu SİA-ya açıqlamasında Azərbaycanın tanınmış karateçisi, dünya çempionu, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Mamayev deyib.

O qeyd edib ki, ölkəmizdə digər sahələrdə fəaliyyət göstərən gənclər kimi, idmançı gənclərin inkişafı üçün də əvəzolunmaz işlər görülür: “İlk növbədə dövlət başçımız İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, Azərbaycan gənclərini daim diqqətdə saxlayır, onların inkişafına xüsusi önəm verir. Gənclərimizin borcu isə ölkəmizin inkişafı üçün çalışmaqdır. Əlimizdən gələni edirik ki, hər zaman bayrağımızı ucaldaq və himnimizi səsləndirək. Nə qədər gücümüz var, Azərbaycanın uğruları üçün çalışacağıq.

Ölkə gənclərini 2 Fevral- Gənclər Günü münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə