“Sabah” Türkiyə, Qazaxıstan və Macarıstan klublarına qarşı

“Sabah” Türkiyə, Qazaxıstan və Macarıstan klublarına qarşı

Bakının “Sabah” futbol klubunun Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı ilk rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, Elşad Əhmədovun yetirmələri yanvarın 12-də Türkiyə birinci divizionunda çıxış edən “Eskişehirspor” komandası ilə qarşılaşacaqlar.

Qeyd edək ki, “Sabah” yanvarın 16-da Qazaxıstanın “Tobol”, üç gün sonra Macarıstanın MTK komandaları ilə oyunda gücünü sınayacaq. Bakı təmsilçisi təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu yanvarın 22-də keçirəcək və rəqib hələ müəyyənləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə