“Başakşəhər” heyətini gücləndirib

“Başakşəhər” heyətini gücləndirib

İstanbulun “Başakşəhər” futbol klubu Robinyodan sonra daha bir futbolçu ilə heyətini gücləndirib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi türk əsilli alman müdafiəçi Sərdar Taşçını transfer edib. Moskvanın “Spartak” klubundan transfer olunan 31 yaşlı futbolçu ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

Karyerası ərzində Almaniyanın “Ştutqart” və “Bavariya” klublarının heyətində də çıxış edən müdafiəçi “Spartak”ın forması ilə meydana çıxdığı 74 oyunda 2 qol vurub.

S.Taşçı Almaniya milli komandasının heyətində 14 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə