“Milan” 17 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb

“Milan” 17 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb

İtaliyanın “Milan” futbol klubu hücumçu Daniel Maldini ilə yeni müqavilə imzalayıb. 17 yaşlı futbolçu ilə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub. Maldini “Milan”ın 19 yaşadək futbolçulardan ibarət komandasında forma geyinəcək. Maldini ilə Avropanın digər klubları da maraqlanıb.

Cari mövsüm hücumçu gənclər komandasının heyətində 11 oyunda üç qol vurub. Maldini, daha əvvəl “Milan”ın U-17 komandasının heyətində 28 oyunda 13 dəfə fərqlənib. Qeyd edək ki, Daniel Maldini “Milan”ın keçmiş kapitanı və klubun strateji inkişaf direktoru Paolo Maldininin oğlu və “Milan”ın məşqçisi olmuş Sezar Maldininin nəvəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə