İDDİA: "Spartak" 6 futbolçu ilə yollarını ayıracaq

İDDİA: "Spartak" 6 futbolçu ilə yollarını ayıracaq

"Spartak" qış fasiləsində 6 futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Rusiya mətbuatının yazdığına görə, Moskva klubunun göndərmək istədiyi oyunçular arasında Aleksandr Səmədov da var. Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçinin komandanın baş məşqçisi Oleq Kononovun planlarına daxil olmadığı bildirilib.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Səmədov müxtəlif illərdə Moskvanın "Lokomotiv", "Dinamo" kimi klublarının formasını geyinib. Rusiya millisində 53 oyun keçirən yarımmüdafiəçi 7 qol vurub. 34 yaşlı futbolçu DÇ-2018-dən sonra milli karyerasını bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə