“Milan”ın uğursuz çıxışı klub rəhbərliyinin narazılığına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəhbərlik nəticələri yaxşılaşdırmaq üçün baş məşqçi Cennaro Qattuzoya bir ay vaxt verib. Sözügedən vaxt ərzində keçiriləcək 3 matçda komanda yaxşı nəticə göstərməsə, baş məşçi ilə müaviləyə xitam veriləcək.
Onu əvəzləyə biləcək mütəxəssislər də bəlidir. Belə ki, əgər Qattuzo istefaya göndərilsə, baş məşqçi postuna Roberto Danadoni və ya Arsen Venger təyin edilə bilər.
Qeyd edək ki, 27 xalı olan “Milan” A Seriyasının 16-cı turundan sonra turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB